Qızıl Aypara Cəmiyyəti Zaqatalada kimsəsiz və imkansız ailələrə bayram sovqatı paylayıb

Qızıl Aypara Cəmiyyəti Zaqatalada kimsəsiz və imkansız ailələrə bayram sovqatı paylayıb
# 17 mart 2015 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) Zaqatalada kimsəsiz və imkansız ailələrə bayram sovqatı paylayıb.

AQAC-nin Zaqatala bölməsinin sədri Pərviz Mehdiyev APA-ya bildirib ki, Novruz bayramı ilə əlaqədar kimsəsiz, tənha və imkansız 30 ailəyə ərzaq yardımı verilib. O, respublikada qeyd olunan bütün bayramlarda belə xeyriyyə tədbirlərinin davam etdiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR