Azərbaycan banklarının xarici öhdəlikləri 5 mlrd. manata yaxınlaşır

Azərbaycan banklarının xarici öhdəlikləri 5 mlrd. manata yaxınlaşır
# 06 yanvar 2015 09:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1008,5 mln. manat və ya 26,46% artaraq 2014-cü ilin dekabrın 1-nə 4 819,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ayla müqayisədə isə xarici öhdəliklərin həcmi 139,2 mln. manat və ya 2,97% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin dekabrın 1-nə 3428,2 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 943,1 mln. manat və ya 37,95% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə noyabrda 370,9 mln. manat və ya 12,1%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR