Prokuror qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşlara cəza istəyib

Prokuror qohumlarını qətlə yetirməkdə təqsirləndirilən qardaşlara cəza istəyib
# 08 may 2015 13:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Nahid və Əzizin hər birinin 20 il, Cahid Qədəşovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.

Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qədəşov qardaşları tutulub. Araşdırmalar zamanı onların qohum olduqları və hadisənin münaqişə zəminində baş verdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR