Gəncədə 1642 müşahidəçi seçki prosesini müşahidə edir - FOTO

Gəncədə 1642 müşahidəçi seçki prosesini müşahidə edir - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 07:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində seçkiləri izləmək üçün 1642 müşahidəçi qeydiyyata alınıb. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və MDB PA-nın müşahidəçiləri də seçki prosesini müşahidə edir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər üzrə 151 745 seçici var.

Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 seçki dairəsi üzrə 113 seçki məntəqə fəaliyyət göstərir. Məlumata görə şəhərdə 146 min 274 nəfərin adı seçici siyahısına salınıb.

Şəhərdəki seçki məntəqələrinin 40-da web-kameralar quraşdırılıb ki, gün ərzində seçki prosesi canlı olaraq internet vasitəsi ilə yayımlanır. 44 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb.

Gəncə şəhəri üzrə 25 namizəd 4 yer uğrunda mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR