Odessada partlayış olub

Odessada partlayış olub
# 12 mart 2015 02:36 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Samopomoş” partiyasının qərargahının yerləşdiyi binada qeydə alınıb.

“Partlayış yerli vaxtla saat 00:30-da binanın girəcəyində, 1-ci mərtəbədə baş verib”, deyə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şabliyenko bildirib.

Onun sözlərnə görə, hadisə zamanı zərərçəkən olmayıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir.

Xatırladaq ki, martın 5-də Odessada “Sağ sektor” təşkilatının ofisində partlayış törədilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR