Kanadada hidroplanın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Kanadada hidroplanın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 25 avqust 2015 02:55 (UTC +04:00)

Bakı-APA. Kanadanın Kvebek əyalətinin şimalında hidroplanın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə Montreal Gazette məlumat yayıb.

Məlumata görə, ölənlərdən dördü Britaniya vətəndaşı, biri fransalı turist, biri isə yerli pilotdur.

Qəza Le-Berjeron yaşayış məntəqəsinin yaxınlığında meşə ərazisində baş verib.

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR