Ruhani: "İranda Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar"

 Ruhani: "İranda Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar"
# 19 sentyabr 2015 08:41 (UTC +04:00)

Bakı - APA. "Hər cümə namazından sonra Tehranda "Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın CBS telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani deyib.

İran lideri bildirib ki, bu, ABŞ-ın bundan öncəki hakimiyyətlərinin siyasətinə reaksiyadır.

Buna misal olaraq H. Ruhani İran-İraq müharibəsi zamanı ABŞ-ın Səddam Hüseynə dəstək verməsini göstərib.

"Əslində, İran xalqı amerikalılara hörmətlə yanaşır və müharibə istəmir", - deyə H. Ruhani bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR