Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 bufetin fəaliyyəti dayandırılıb, 11 bufet işçisi cərimə olunub

Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 bufetin fəaliyyəti dayandırılıb, 11 bufet işçisi cərimə olunub
# 01 aprel 2015 13:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılıb, 11 məktəb bufet işçisi cərimə olunub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyovun əmrinə əsasən, qurum tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən müvafiq çıxarışlara əsasən bəzi məktəblərdə yoxlamalar aparılıb və orada şagirdlərin qidalanmasının təşkilində bir sıra nöqsanlar aşkarlanıb.

Son vaxtlar şagirdlərin qidalanmasında yol verdiyi nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb, Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbail rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR