Kürün səviyyəsində azalma müşahidə olunub

 Kürün səviyyəsində azalma müşahidə olunub
# 17 noyabr 2014 12:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, noyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 10, Salyanda 15, Araz çayının Novruzlu məntəqəsində 19 sm azalma, Bankədə isə 8 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR