Ermənistanda qubernatorun oğlu güllələnib

Ermənistanda qubernatorun oğlu güllələnib
# 19 iyul 2015 10:38 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 18-də Alaverdi şəhərində baş verib.Qubernator Artur Nalbandyanın 22 yaşlı oğlu Levon güllə yaraları ilə İrəvanın “Erebuni” tibb mərkəzinə yerləşdirilib.

Onun üzərinə cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti stabil kimi qiymətləndirilir. Polis hadisəni törədən şəxsi artıq həbs edib, habelə hadisənin törədildiyi silah da götürülüb.

İlkin məlumata görə, insident ov zamanı bədbəxt hadisə nəticəsində baş verib. Qubernator özü hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR