Akif Əlizadə: “Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür”

Akif Əlizadə: “Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür”
# 04 noyabr 2015 07:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür, xeyli zəngindir. Meksika Körfəzində 10 kilometrdən artıq sahədə nəhəng neft-qaz yataqlarının olduğu proqnozlaşdırılır. Biz alimlər Meksika Körfəzinə aid edilən bu fikri Cənubi Xəzər hövzəsi üçün proqnozlaşdırırıq. Mən alimlərin diqqətini buna cəlb etmək istəyirəm”.

APA-nın xəbərinə görə, bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Xəzər Texniki Konfrans və Sərgisində çıxışı zamanı deyib.

A. Əlizadə bildirib ki, AMEA-da alim və mütəxəssislərin birgə fəaliyyətinə böyük diqqət yetirilir: “Bizim üçün əsas kriteriya alim və mütəxəssis birliyidir. Elmlə istehsalat, elmlə praktika vəhdət tapırsa, bu, böyük qüvvəyə çevrilir. 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Həmin uğurlu neft strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyada neft-qaz diyarı kimi tanınır”.

Yaxın günlərdə AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini söyləyən A. Əlizadə AMEA-nın 15 təsisçisindən 3 nəfərinin məşhur geoloq olduğunu qeyd edib: “Biz bu 70 ildə şərəfli yol keçmişik. AMEA-nın təsisçiləri sırasında 3 görkəmli geoloq - Şamil Əzizbəyov, Mirəli Qaşqay və Ələşrəf Əlizadənin adları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR