Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların, müəssisə və obyektlərin məlumat bazası yaradılacaq

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların, müəssisə və obyektlərin məlumat bazası yaradılacaq
# 05 aprel 2015 15:06 (UTC +04:00)

Kənd təsərrüfatı texnikalarının qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların coğrafi məlumat bazası və informasiya sistemi yaradılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 2015-ci ilin IV rübündə kənd təsərrüfatı təyinatlı torpaqların coğrafi məlumat bazasının və informasiya sisteminin yaradılmasını təmin etməlidir. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi il ərzində kənd təsərrüfatı sektoruna aid müəssisə və obyektlərin, sahibkarlıq subyektlərinin məlumat bazasının yaradılması tapşırılıb. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi bu ilin III rübündə kənd təsərrüfatı texnikalarının qeydiyyatı üzrə elektron sistemin yaradılmasını təmin etməli, “Aqrolizinq” ASC lizinq əməliyyatlarının avtomatlaşdırılması sisteminin yaradılması istiqamətində işləri başa çatdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR