Türkiyədə Müjdat Gəzən Sənət Mərkəzinin 25 illiyi keçirilib - FOTO

Türkiyədə Müjdat Gəzən Sənət Mərkəzinin 25 illiyi keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2015 08:25 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda Türkiyənin tanınmış kino və teatr aktyoru Müjdat Gəzənin öz adını daşıyan Sənət Mərkəzinin 25 illiyi qeyd edilib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Türkiyənin məşhur kino və teatr aktyorları Haldun Dormen, Mustafa Alabora, TV proqramlarının aparıcısı Halid Kıvanç, Müjdat Gəzən Sənət Mərkəzinin müdavimləri iştirak ediblər.

Mərasimdə APA-ya açıqlama verən Müjdat Gəzən deyib: “Yaratdığım sənət mərkəzinin 25 illiyini qeyd edirik. Bu gözəl gündə bizimlə birlikdə olduğunuza görə, sizə təşəkkür edirəm. Sağlıq olsun, buradakı həmkarlarımla birlikdə qardaş Azərbaycana gedib 25 illiyimizi orada da qeyd edəcəyik. Nazım Hikmətin şeirlərinin tərcüməçisi və tədqiqatçısı Əkbər Babayevlə yaxın dost idik. 25 illiyimizdə Əkbər bəyi də rəhmətlə anıram”.

Qeyd edək ki, 1991-ci ildə yaradılan Müjdat Gəzən Sənət Mərkəzindən indiyə qədər 5 minə yaxın tələbə məzun olub. Hazırda Türkiyənin teatrlarında səhnəyə qoyulan dram əsərlərində və teleseriallarda əsas rolların 70%-ni bu sənət mərkəzinin məzunları oynayır. Teatrdan başa yüngül Qərb musiqisi, klassik gitara və ssenari yazarlığı bölmələrinin də mövcud olduğu sənət mərkəzində indiyə qədər türk kino və teatr sənətinin Kamal Sunal, Türkan Şoray, Mustafa Alabora kimi ustaları dərs deyiblər. Təhsilin ümumən pulsuz olduğu sənət mərkəzində Uğur Dündar televiziya məktəbi, Türkan Şoray kino akademiyası, Yılmaz Özdil yazı məktəbi pullu olsa da, o bölmələrdən əldə edilən gəlirin hamısı pulsuz bölmələrə köçürülür. Bundan əlavə, Müjdat Gəzən teatrının gəliri tamamilə sənət mərkəzinə verilir. Sənət mərkəzi heç bir qurum və şəxsdən ianə qəbul etmir və məzun olanlara Təhsil Nazirliyinin təsdiq etdiyi diplomlar verilir. Müjdat Gəzən şəxsi sərvətinin hamısını övladlarına yox, 10 tələbəsinə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR