Dünya fond bazarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarında əksər səhmlər bahalaşıb
# 25 noyabr 2014 06:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 17 817,90 bəndədək, S&P 500 0,29% - 2 069,41 bəndədək, NASDAQ 0,89% - 4 754,89 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,31% - 6 729,79 bəndədək azalıb, Fransa CAC-40-ı 0,49% - 4 368,44 bəndədək, Almaniya DAX-ı isə 0,54% - 9 785,54 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,36% - 17 419,71 bəndədək, Shanghai 0,67% - 2 667,13 bəndədək artıb, Hang Seng 0,13% - 23 862,91 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,10 dollar artaraq 1196,70 dollar, gümüş də 0,10 dollar bahalaşaraq 16,54 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR