Liviyanın Benqazi şəhərində silsilə partlayışlar nəticəsində azı 20 nəfər ölüb

Liviyanın Benqazi şəhərində silsilə partlayışlar nəticəsində azı 20 nəfər ölüb
# 03 oktyabr 2014 02:44 (UTC +04:00)

Bakı-APA. Liviyanın Benqazi şəhərində törədilən silsilə partlayışlar və onların ardınca baş vermiş toqquşmalar nəticəsində azı 20 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Sky News Arabia telekanalı məlumat verib.

Bundan əvvəl “Benqazi İnqilabçıları Şurası” qruplaşmasının silahlıları tərəfindən ordunun nəzarətində olan Benin beynəlxalq aeroportunda 3 avtomobil partladılıb.

“Silahlılarla toqquşmalar indiyədək davam edir. Hərbi-Hava Qüvvələri qruplaşmaların mövqelərinə zərbələr endirir”, deyə Liviya milli ordusunun rəsmi nümayəndəsi Məhəmməd Xiqazi bildirib.

Məlumata görə, ordu qüvvələri “Əncər əş şəriət” qruplaşmasının 20 üzvünü öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR