Bakıda “Təhsil, texnologiya və tərəqqi” adlı baxış-sərgi keçiriləcək

Bakıda “Təhsil, texnologiya və tərəqqi” adlı baxış-sərgi keçiriləcək
# 29 aprel 2013 09:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinə və BŞTİ-nin son 6 ildəki uğurlarına həsr olunmuş “Təhsil, texnologiya və tərəqqi” adlı böyük baxış-sərgi keçiriləcək.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının APA-ya verdiyi xəbərə görə, sərgi sabah saat 11.00-dan 18.00-a qədər “Sərhədçi” İdman Olimpiya Kompleksində baş tutacaq. Sərgidə digər mötəbər qonaqlarla yanaşı, təhsil naziri Mikayıl Cabbarovun da iştirakı gözlənilir. Gün ərzində sərgidə Bakının orta məktəblərinin 320 minə yaxın şagirdinin iştirakı təmin olunacaq.

Tədbirdə 47 bölmə üzrə təhsil sahəsində həyata keçirilən yeniliklərə dair təqdimatlar ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR