FHN “Köhnə Bakı-Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda seminar keçirib - FOTO

FHN “Köhnə Bakı-Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda seminar keçirib - <span style="color: red;">FOTO
# 19 iyul 2014 09:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Köhnə Bakı – Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Seminarda çıxış edən FHN Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev qeyd edib ki, son illərdə Bakıda baş verən dəyişikliklərlə bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fövqəladə hallar orqanlarının diqqət mərkəzində saxlanılır.

Daha sonra keçirilən təqdimatda miqyaslı tikintilər, tıxaclar, ictimai nəqliyyat, yeraltı kommunikasiyalar, sığınacaq və daldalanacaqlar, lift təsərrüfatı, sürücü və piyada mədəniyyəti, şəhərin ekologiyası, alternativ enerjidən istifadə, fiziki imkanları məhdud vətəndaşlarla bağlı olan bütün problemlər öz əksini tapıb.

Tədbirdə Bakı Dövlət Layihə İnstitutunun direktoru, əməkdar memar İlqar İsbatov “Böyük Bakının regional inkişaf planı”, “Ağ şəhər” layihəsinin inkişaf rəhbəri Fuad Verdiyev isə “Ağ şəhərsalma” layihəsinin təqdimatlarını nümayiş etdirib, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Tofiq Həsənov “Bakı şəhərində mövcud ekoloji vəziyyət - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər”, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov “Köhnə bulvar – Yeni bulvar: köhnə problemlər – yeni problemlər”, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-İstehsalat şöbəsinin rəisi Avtandil Bayramov isə “Bakı Metropoliteninin konseptual inkişaf planı əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm faktorlardan biri kimi” mövzularda çıxışlar ediblər.

Seminarda çıxış edən “Azərsu” ASC, Bakı şəhər Baş Polis İdarəsi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri qaldırılmış problemlərin həlli üçün təkliflər irəli sürüblər.

Seminarda FHN Aparatı və qurumlarının, Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, AMEA İncəsənət və Memarlıq İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhəri üzrə Təhsil və Baş Səhiyyə İdarələrinin, “Azəriqaz” İstehsalat birliyinin, “Bakıelektrikşəbəkə” ASC-nin, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin, “Azəryolservis” ASC-nin, “Təmiz Şəhər” ASC-nin və FHN Bakı Regional Mərkəzinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR