Ucarın Qazyan kəndinə suyun verilməsində problem yaranıb

Ucarın Qazyan kəndinə suyun verilməsində problem yaranıb
# 25 iyul 2016 13:17 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar rayonunun Qazyan kəndinə suyun verilməsində problem yaranıb.

Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, artıq üç aya yaxındır, kəndin böyük hissəsində suyun olmaması ciddi problem yaradıb. Suyun uzun müddət verilməməsi ağacların qurumasına, əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Kənd sakinləri kanallarla ötürülən sudan içməli və suvarma suyu kimi istifadə edirlər. İçməli suyu maşınlarla gətirsələr də, əkin sahələrinin suvarılmasında ciddi problem yaranır. Sakinlər yaranmış problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Kənd bələdiyyə sədri Mirhakim Abbasov məsələdən xəbərdar olduğunu bildirib. Bələdiyyə sədri deyib ki, su kəndə növbəli şəkildə verilir. Yaxın günlərdə problem həll olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR