Avropa Gənclər paytaxtları şəbəkəsinin nümayəndələri Gəncədə olublar - FOTO

Avropa Gənclər paytaxtları şəbəkəsinin nümayəndələri Gəncədə olublar - <span style="color: red;">FOTO
# 29 avqust 2014 13:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Avropa Gənclər Paytaxtları şəbəkəsinin nümayəndələri Gəncə şəhərində rəsmi səfərdədir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 10 nəfərdən ibarət nümayəndə heyəti bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. İcra başçısı qonaqlara Azərbaycanda gənclər siyasətinin uğurla inkişaf etdiyini bildirib və Gəncədə gənclər üçün yaradılan imkanlardan həmçinin, Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı olması münasibəti ilə şəhərdə inşa olunacaq yeni tikililər və görüləcək işlər barəsində geniş məlumat verib.

Avropa Gənclər Forumunun prezidenti Piter Matyasic Gəncənin inkişaf etdiyini, şəhərin gözəlləşdiyini xüsusi vurğulayıb. O, Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsini Azərbaycanın və eləcə də Gəncənin uğuru kimi qiymətləndirib.

Tədbirdə bildirilib ki, nümayəndə heyətinin Gəncəyə səfəri və keçirəcəyi görüşlərdə əsas məqsəd Avropa Gənclər Paytaxtı Şəbəkəsinin İnstitutlaşması ilə bağlı müzakirələr aparmaq və Avropa Gənclər Paytaxtı ilində öyrənilmiş dərslər və yeni təcrübələrin bölüşülməsidir.

Görüşün sonunda şəhər rəhbəri qonaqlara Avropa Gənclər Fondunun loqosunun əks olunduğu xalça və Nizami Gəncəvinin “Xəmsə”nin ingilis dilində tərcüməsini hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR