Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 12 aprel 2013 14:44 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün və sabah Bakının Binəqədi rayonun bəzi ərazilərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 12 aprel 2013-cü il tarixdə saat 22:00-dan 13 aprel 2013-cü il tarixdə saat 10:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR