“Atəşgah Həyat” Azərbaycanın sığorta bazarında ödənişlər üzrə liderdir

“Atəşgah Həyat” Azərbaycanın sığorta bazarında ödənişlər üzrə liderdir
# 17 oktyabr 2014 09:28 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Yanvar-sentyabr aylarında Azərbaycanın sığorta bazarında ödənişlər üzrə bazarın lideri “Atəşgah Həyat” sığorta şirkəti olub.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən dövrdə şirkət 20,7 mln. manat ödəniş həyat keçirib.

Ödənişlərin həcminə görə sonrakı yerləri “Paşa Sığorta” ( 20 mln. manat), “Atəşgah” ( 10,2 mln. manat), “Azərsığorta” DSKŞ ( 9,9 mln. manat), “AXA MBASK” (7,5 mln. manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 68,3 mln. manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 59%-i qədərdir.

Ən az ödəniş edən şirkətlər isə “İpək Yolu Sığorta” (286 min manat), “Era Trans” (260 min manat), “Günay Sığorta” (69 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8314 min manat) və “Çartis Azərbaycan” (693 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 670 min manat olub ki, bu da ümumi ödənişlərin 0,6%-ni təşkil edir.

Ümumilikdə 28 sığorta şirkətlərinin 3-də sığorta ödənişlərinin məbləği 10 mln. manatdan artıq, 6 şirkətdə 5-10 mln. manat arasında, 9 şirkətdə 1-5 mln. manat arasında, 10 şirkətdə isə 1 mln. manatdan aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR