Bank Of Baku

Fransa İsrailin maliyyə nazirinə qarşı sanksiya tətbiq edib

Fransa İsrailin maliyyə nazirinə qarşı sanksiya tətbiq edib
# 10 iyun 2026 04:43 (UTC +04:00)

Fransa Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçlə birlikdə İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsinə görə məsul hesab edilən şəxslərə qarşı yeni sanksiyalar tətbiq edir.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" hesabında yazıb.

“Bu gün biz məskunlaşma fəaliyyətinin və zorakılığın artmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni sanksiyalar tətbiq edirik”, - deyə Barro bildirib.

Nazir qeyd edib ki, Fransa milli səviyyədə İsrailin maliyyə naziri Betsalel Smotriçin ölkəyə girişini qadağan edib.

Bundan başqa, dörd məskunlaşma təşkilatının rəhbərinə və 21 məskunlaşmaçıya qarşı da məhdudiyyətlər tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR