Suriya aviasiyası Hələb əyalətində İŞİD-in silah-sursat anbarlarını məhv edib

Suriya aviasiyası Hələb əyalətində İŞİD-in silah-sursat anbarlarını məhv edib
# 03 noyabr 2015 00:11 (UTC +04:00)

Bakı-APA. Suriya aviasiyası silahlıların ölkənin şimalındakı Hələb əyalətində yerləşən mövqelərinə zərbələr endirməkdə davam edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə jurnalistlərə Suriya ordusunun nümayəndəsi briqada generalı Əli Məyhub bildirib.

“Suriya aviasiyası Deyr-Xafr, Əl Maduniya, Ümm Arkila qəsəbələri yaxınlığında terrorçuların silah-sursat anbarlarını məhv edib. Həmçinin terrorçuların Əl-Əmiriyə, Ramus, Kərəm Maysardakı komanda məntəqələri məhv edilib”, deyə general qeyd edib.

Suriya aviasiyası həmçinin Maarat Əl Artik, Süsən, Xazvan, At-Taiba, Taduf, Rəsm Əl Əbd və Zanura qəsəbələrində çoxlu sayda terrorçu məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR