Heydər Əliyev Sarayında Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti  keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 dekabr 2014 04:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Heydər Əliyev Sarayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Təqdimat konsertində Azərbaycan simfonik musiqisinin tarixi haqqında məlumat verilib və bildirilib ki, orkestrin yaradılması Azərbaycan musiqisində yeni səhifə açacaq.

Tədbirdə Tofiq Quliyevin, Niyazinin, Arif Məlikovun və başqa bəstəkarların əsərləri səsləndirilib.

Orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, əməkdar artist Salman Qəmbərov, dirijoru Azər Allahverdiyevdir.

Qeyd edək ki, estrada-simfonik orkestri Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə bu il aprelin 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Nazirlər Kabinetinin qərarına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR