Bank Of Baku

Tbilisidə azərbaycanlı və erməni gənclərin iştirakı ilə aksiya keçirilib

Tbilisidə azərbaycanlı və erməni gənclərin iştirakı ilə aksiya keçirilib
# 01 may 2018 12:03 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Gənclər sülh hökm sürən Qafqaz naminə” şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.
 
Aksiya iştirakçıları əllərində 3 dildə “Gənclər Qafqazda sülh istəyir!”, “Sülh və gələcək naminə”, "Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir", “Yeni nəsil sülhü seçir!” şüarları tutaraq bölgədə müharibə əleyhinə olduqlarını nümayiş etdiriblər.
 
Aksiyaya Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də dəstək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR