Bakıda xarici vətəndaşlardan külli miqdarda saxta pul götürülüb - VİDEO

Bakıda xarici vətəndaşlardan külli miqdarda saxta pul götürülüb - <span style="color: red;">VİDEO
# 27 aprel 2015 11:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda xarici vətəndaşlarda külli miqdarda saxta pul aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Çinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR