Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub

Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub
# 25 iyul 2014 14:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Abşeron rayonunda yerləşən Güzdək Dəmir Yolu Stansiyasında ümumi sahəsi 45 kv/m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR