Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyul
# 02 iyul 2015 17:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İranın nüvə proqramı üzrə danışıqlar bir gerçəyi növbəti dəfə təsdiqləmiş oldu. Heç də bütün münaqişələrin hərbi yolla həlli mümkün deyil. Birləşmiş Ştatları İranla danışıqlar masası arxasına əyləşdirən də bu gerçəkdir. Son illər amerikalı ekspertlər İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həllinin mümkün olmadığını deyir, ABŞ-İran müharibəsinin başlama ehtimalını zəif sayırdılar. Ağ Evə ciddi təsir imkanına sahib olan siyasilər arasında İranın nüvə enerjisindən sülh məqsədli istifadəsi hüququnun tanınması tərəfdarları həmişə olub. Tərəflərin məhz bu gün masa arxasında əyləşməsində bu amil də rol oynayıb - son kadr dəyişikliklərindən sonra bu cür düşünən siyasətçilər Ağ Evdə yüksək təyinatlar alıblar. Sazişi artıq 99 faiz imzalanmış saymaq olar, amma bu, bir gerçəyi dəyişməyəcək. ABŞ İranın nüvə texnologiyalarına sahib olmaq hüququnu tanıyır, nüvə silahına sahib olmaq hüququnu yox. Çünki İranın nüvə silahına sahib olması artıq Qərb üçün qırmızı xətdir. Sazişin imzalanması İranın Yaxın Şərqdə gedən proseslərdə rolunu artıracaq, çünki Vaşinqton hesab edir ki, bölgədə bir çox problemləri həll edəcək yeganə dövlət İrandır. Buna görə də nüvə proqramına dair sazişin imzalanması İranın üzərinə böyük məsuliyyət qoymuş olur, ölkə ABŞ-ın təhriki ilə Yaxın Şərqdə stabilliyi bərpa etmək missiyasını yerinə yetirəcək. Obamanın “məsuliyyət İranın boynuna düşür” dedikdə, həm də bu məsuliyyəti nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR