Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 02 iyun 2015 08:28 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru istiqamətdə aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR