Əfqan İsayev: “İtaliya TAP layihəsini maliyyələşdirmək istəsə, biz buna hazırıq”

Əfqan İsayev: “İtaliya TAP layihəsini maliyyələşdirmək istəsə, biz buna hazırıq”
# 21 noyabr 2014 07:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hələlik İtaliya tərəfi Trans-Adratik boru kəmərinin (TAP) maliyyələşməsində iştirak etmir.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi” çərçivəsində keçirilən iclasın ikinci günündə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Ə. İsayev İtaliyanın “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyələşməsində iştirakı imkanları ilə bağlı verilən suala cavabında bildirib ki, layihənin ən qısa hissəsi İtaliya ərazisindədir.

Onun sözlərinə görə, son dayanacaqla bağlı bir neçə variant var: “Lakin dəqiq yer hələ bəlli deyil. Düşünürəm ki, əgər İtaliya rəsmiləri layihəni maliyyələşdirmək istəyirsə, biz buna hazırıq. TAP-ın mərkəzi İsveçrədə, TANAP-ın mərkəzi Türkiyədə, “Cənub Qaz Dəhlizi” QSC-nin və “Şahdəniz”in mərkəzi isə Bakıdadır. Buyurub, müraciət edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR