İŞİD İraqda 3 tayfa ağsaqqalını güllələyib

İŞİD İraqda 3 tayfa ağsaqqalını güllələyib
# 14 aprel 2015 01:42 (UTC +04:00)

Bakı-APA. İraqın şimalında İŞİD silahlıları 3 tayfa ağsaqqalını güllələyiblər.

APA-nın məlumatına görə, bu barədə Bəhreynin “Əl-Vasat” qəzeti yazıb.

Ağsaqqallar İŞİD-i qanuni hökumət hesab etməkdən imtina ediblər.

Şahidlərin sözlərinə görə, onları Mosul şəhərinin cənub hissəsində yerləşən hərbi düşərgənin ərazisində güllələyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR