Kremençuq şəhərinin meri olmuş Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb - VİDEO

Kremençuq şəhərinin meri olmuş Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 13:20 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Operativ-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən ən gəncinin 22 yaşı var.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, milliyyətcə azərbaycanlı olan O. Babayev iyulun 26-da səhər saatlarında evinin yaxınlığında qətlə yetirilib. Onun qətli ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR