Prezident İlham Əliyev Xorvatiya, Litva və Latviyanın sabiq prezidentlərini qəbul edib - FOTO

Prezident İlham Əliyev Xorvatiya, Litva və Latviyanın sabiq prezidentlərini qəbul edib - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 17:38 (UTC +04:00)

APA-nın məlumatına görə, prezidenti İlham Əliyevin Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç ilə görüşündə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Prezidenti İlham Əliyev daha sonra Litvanın keçmiş prezidenti Vitautas Landsbergisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulanıb.

Azərbaycan prezidenti bu gün həmçinin Latviyanın sabiq prezidenti Valdis Zatlersi qəbul edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR