Bakıda qadın həyat yoldaşında silah olması barədə polisə məlumat verib

Bakıda qadın həyat yoldaşında silah olması barədə polisə məlumat verib
# 02 may 2015 07:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinindən silah götürülüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü Elnarə Bağır qızı Əsgərova 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1969-cu il təvəllüdlü Furqan Seyidzadə yaşadığı mənzildə “Naqan” tipli pnevmatik tapança saxlayır.

Ərizə üzrə hadisə yerinə baxış keçirən polis əməkdaşları mənzildən ərizədə qeyd olunan silah aşkar edərək götürüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR