Bakı sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

Bakı sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb
# 05 iyul 2014 11:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda əvvəllər məhkum olunmuş şəxsin evində külli miqdarda narkotik vasitə tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayan 1963-cü il təvəllüdlü Eyvaz Məmmədovun yaşadığı evin həyətinə baxış keçirilib.

Baxış zamanı aqrotexniki qaydada qulluq edilmiş yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu və 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR