Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib

Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib
# 18 sentyabr 2014 17:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Arif Məlikov, millət vəkili Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqaları iştirak edib.



Beynəlxalq Musiqi Festivalının açılışı Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə açılıb.

Orkestrin bədii rəhbəri və baş dirijor Rauf Abdullayevdir. Tədbirdə A.Məlikovun "Fortepiano və orkestr üçün Konsert", İ.Bramsın "Violin və orkestr üçün konsert" və s. əsərlər səslənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR