Azərbaycanda Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının regional tədbiri keçiriləcək

 Azərbaycanda Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının regional tədbiri keçiriləcək
# 23 iyul 2014 14:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin avqustun 6-7-də Bakıda Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin “Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi” mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə əsasən Asiya, Avropa və MDB ölkələrindən olmaqla depozitlərin sığortalanması fondları, mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqqı sisteminə keçid ərəfəsində olan ölkələrə texniki dəstəyin göstərilməsi, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların zəif və güclü tərəflərinin, risklərinin müəyyən edilməsi metodları, habelə bankların reytinq sisteminə əsasən risk qruplarına bölünməsi metodologiyası barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir.

Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin oktyabr ayından etibarən İADİ-nin Avrasiya Regional Komitəsinə sədrlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR