Cəlilabadda “Vaz”, paytaxtda isə "Mercedes" yanıb

Cəlilabadda “Vaz”, paytaxtda isə "Mercedes" yanıb
# 01 oktyabr 2014 03:54 (UTC +04:00)

Bakı-APA. Ötən gecə bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR