Elmira Süleymanova: “Həqiqətə dözümsüzlük ermənilərin simasını göstərir”

Elmira Süleymanova: “Həqiqətə dözümsüzlük ermənilərin simasını göstərir”
# 10 aprel 2015 08:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman E. Süleymanova bildirib ki, həqiqətə dözümsüzlük ermənilərin simasını göstərir: “Bunun ən bariz nümunəsi Moldova Ombudsmanı Aureliya xanıma olan münasibətdir. Moldova ombudsmanı bir neçə dəfə Azərbaycanda olub, Azərbaycan həqiqətləri ilə tanış olub. Dondurulmuş münaqişələrə həsr olunmuş tədbirdə ermənilər onun Azərbaycanın həqiqətləri haqda çıxışına imkan verməyiblər.

Ermənistan hakimiyyəti bu gün Azərbaycanı Qafqazda sülhə ən böyük təhlükə kimi görür. Bunun adı vicdansızlıqdır. Bizim 20 faiz torpağımız işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu, heç bir yerdə yoxdur. Ermənistan hətta azərbaycanlı uşaqlara da qıyır. Erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu öldürməsi buna bir nümunədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR