Milanda Ədliyyə sarayında atışma olub, üç nəfər qətlə yetirilib, iki nəfər yaralanıb - VİDEO

Milanda Ədliyyə sarayında atışma olub, üç nəfər qətlə yetirilib, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 13:12 (UTC +04:00)

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, şübhəli şəxs Klaudio Qardiello iflas olması barədə işə baxılması üçün məhkəmə zalına gəlib. O, vəkili ilə mübahisə edib və atəş açmaya başlayıb. Nəticədə hakim və hüquqşünas qətlə yetirilib, daha 3 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan dünyasının dəyişib

K. Qardiello atəş açdıqdan sonra içəridə olanlar həyəcanlı şəkildə küçəyə çıxıblar. Polis hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxs əvvəlcə binanın daxilində özünü qorumağa, daha sonra motosikletlə qaçmağa çalışıb.

Polis onu Milanın şimalında saxlamağa müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR