“Hurriyet” qəzeti Türkiyə prezidentini təhqir etdiyinə görə cərimələnib

“Hurriyet” qəzeti Türkiyə prezidentini təhqir etdiyinə görə cərimələnib
# 22 may 2015 00:57 (UTC +04:00)

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, 2014-cü ilin avqustunda nəşrdə dərc olunan məqalədə prezidentin ünvanına korrupsiya ittihamları yer alıb. Ərdoğanın vəkillərinin iddiasına əsasən, söz azadlığının çərçivəsindən kənara çıxan bu ittihamlar insan haqlarına qəsd və təhqirdir. Bu baxımdan mənəvi zərərə görə “Hurriyet” qəzetindən 100 min lirə kompensasiya tutulması tələbi irəli sürülüb. Nəşrin vəkilləri, öz növbəsində, ittihamları rədd edib.

Hakim iddia tələbinin qismən təmin edərək qəzeti 20 min lirə məbləğində cərimələyib.

Məhkəmənin qərarına əsasən, cərimə direktorlar şurasının sədri Vüslat Doğan Sabancı və məqalənin müəllifi Mehmet Qılmaz tərəfindən ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR