Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeronda torpaq sürüşməsi təhlükəsi olan əraziləri açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeronda torpaq sürüşməsi təhlükəsi olan əraziləri açıqlayıb
# 10 mart 2015 11:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Zığ -1, Zığ-2, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, Badamdar, Bayıl, Park (Nəriman Nərimanov heykəli), Masazır və Günəşli sahələri Bakı şəhərində və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərdir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, yuxarıdakı ərazilər klassik sürüşmə sahələridir.

Qeyd edək ki, bir neçə gün əvvəl Nazirlər Kabineti torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR