Qaz sızması səbəbindən bir neçə yaşayış məntəqəsinin "mavi yanacaq"la təchizatı dayandırılır

Qaz sızması səbəbindən bir neçə yaşayış məntəqəsinin "mavi yanacaq"la təchizatı dayandırılır
# 21 iyun 2016 07:41 (UTC +04:00)

Bakı - APA-Economics. Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə bu gün saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcədə Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR