Heydər Əsədov: "Kənd təsərrüfatı məhsullarının qiymətlərini göstərən açıq elektron informasiya sistemi sorğu mərhələsindədir"

Heydər Əsədov: "Kənd təsərrüfatı məhsullarının qiymətlərini göstərən açıq elektron informasiya sistemi sorğu mərhələsindədir"
# 23 sentyabr 2015 16:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Kənd təsərrüfatı məhsullarının qiymətlərini göstərən açıq elektron informasiya sistemi layihəsinin icrasına başlanıb. Layihə sorğu mərhələsindədir”.

APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

H.Əsədovun sözlərinə görə, sorğu mərhələsi monitorinqlərlə ümumiləşdirdikdən sonra onun əsasında xüsusi portfel yaradılacaq və insanlar ora girərək məhsulların qiymətləri, müqayisəsi, dəyişikliklər və s. istənilən informasiyanı layihə çərçivəsində əldə edilmiş məlumatlar toplusundan əldə edə biləcəklər.

“Bununla da insanlar bazara getmədən istənilən məlumatı portaldan əldə edə biləcəklər”, - deyə nazir vurğulayıb.

İnformasiyaların necə daxil edilməsi məsələsinə gəlincə H.Əsədov əlavə edib ki, yerli nümayəndələr tam elektron alətlərlə, planşetlərlə, ötürücülərlə təmin olunub və kənd təsərrüfatı idarələri yaradılıb: “Planlaşdırırıq ki, oktyabr ayında 15 idarənin, noyabr ayında 15-20 idarənin, dekabr ayında isə daha 15 idarənin açılışını həyata keçirək. 3 ay ərzində 50-yə yaxın binanın açılışını planlaşdırırıq. Yerli bazarlarda və Bakı şəhərində yerləşən bazarlarda bütün bu məlumatlar kənd təsərrüfatı idarələrində çalışan kadrlar vasitəsilə sistemə daxil ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR