Jirinovski Azərbaycanla bağlı fikirlərinin yanlış anlaşıldığını bildirib - VİDEO

Jirinovski Azərbaycanla bağlı fikirlərinin yanlış anlaşıldığını bildirib - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2014 12:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, V. Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb. Şagirdlərdən biri V. Jirinovskiyə onun öz portretini hədiyyə edib.


V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR