“İslam Dövləti” silahlıları İraqda qadın hüquq müdafiəçisini edam ediblər

“İslam Dövləti” silahlıları İraqda qadın hüquq müdafiəçisini edam ediblər
# 25 sentyabr 2014 21:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçuların iddiasına əsasən, Samirə Salih Nuyami “Facebook” sosial şəbəkəsindəki akkauntunda “İslam Dövləti”ni dini obyektləri dağıtdıqlarına görə sərt tənqid edib.

Hüquq müdafiəçisi sentyabrın 17-də yaşadığı evindən terrorçular tərəfindən oğurlanıb. Məlumata görə, Nuyami 5 gün işgəncələrə məruz qaldıqdan sonra, şəriət məhkəməsinin hökmü ilə izdiham qarşısında edam edilib.

Qeyd edək ki, Mosul şəhəri bu ilin iyunun əvvəlində “İslam Dövləti”nin nəzarəti altına keçib. Terrorçular şəhərdə bir çox dini və tarixi abidələri dağıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR