Peru Azərbaycana səfir təyin edib

 Peru Azərbaycana səfir təyin edib
# 19 dekabr 2014 09:48 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Peru Respublikası Azərbaycana səfir təyin edib. APA-nın “ANDİNA” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Perunun Türkiyədəki səfiri Xorxe Enrike Abarka del Kaprio eyni zamanda bu ölkənin Azərbaycandakı səfir kimi fəaliyyət göstərəcək. Nazirlər Şurasında keçirilən səsvermədə təsdiqlənən qərarı ölkə prezidenti Olyanta Umala Tassoya imzalayıb.

Qeyd edək ki, səfirin iqamətgahı Ankarada yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR