BMT baş katibi: “Hər gün dünyada yüzlərlə uşaq yol qəzalarının qurbanı olur”

BMT baş katibi: “Hər gün dünyada yüzlərlə uşaq yol qəzalarının qurbanı olur”
# 17 noyabr 2014 13:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya xatirə günüdür.

APA – nın xəbərinə görə, BMT – nin baş katibi Pan Gi Mun bu münasibətlə etdiyi müraciətdə xatırladıb ki, yol qəzaları 15-29 yaşlı gənclərin ölümünə başlıca səbəb kimi göstərilir.

Baş katib qeyd edib ki, hər gün məktəb və ya bağçaya gedərkən yüzlərlə uşaq yol qəzası nəticəsində ölür.

BMT rəhbəri Keniya, Fransa, Çin, Rusiya və Türkiyənin yollarda təhlükəsizliyin təmin olunması istiqamətində səylərini yüksək dəyərləndirib. Onun sözlərinə görə, bu ölkələrdə yeni qanunlar qəbul edilir, müvafiq tədbirlər gücləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR