Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub

Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub
# 22 dekabr 2014 09:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov tutduğu vəzifədən azad edilərək nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azərbaycan prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli fərmanına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR