Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 01 iyun 2015 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Rövşən Məmmədov və Rafiq Təmrəzovla birlikdə polis şöbələrində seminar keçirib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Ağsu və İsmayıllı polis şöbələrində “Cinayətkarlığın qarşısının alınmasında polis və vətəndaş münasibəti” mövzusunda keçirilən seminarlarda ictimaiyyət nümayəndələri, polis əməkdaşları iştirak ediblər: “Seminarlarda verilən suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı. Bundan əlavə biz rayon ictimaiyyəti ilə də görüşüb, onlarla bu mövzuda söhbət etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR